“Şimal axını” qaz kəmərlərini ABŞ partladıb - Amerikalı tədqiqatçı

“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərini ABŞ partladıb. Amerikalı tarixçi-tədqiqatçı Erik Zuesse buna əmindir. Bizimxeber.az bildirir ki,, o, bu fikirləri “ Haber 7 ” telekanalına müsahibəsində bildirib. 

"ABŞ hökumətinin Rusiyadan Avropaya qədər uzanan Şimal axınını "diplomatik" yollarla təxribat etmək üçün daha hiyləgər cəhdlərdən sonra partlatması Avropanı daim əhəmiyyətli dərəcədə artıq ödəməyə məcbur edəcək ", - deyə ekspert bildirib.

Zuesse hesab edir ki, Rusiyadan gələn təbii qaz Avropada sənaye üçün okeanın o tayından gələn mayeləşdirilmiş qazdan daha uyğundur. 

“Bundan sonra Rusiyadan başqa Avropa ölkələri ən azı uzun müddət dünyada ən yüksək enerji qiymətlərini ödəyəcək, çünki nəhəng qaz kəmərləri dağıdılıb”, - deyə tədqiqatçı yekunlaşdırıb.

Qeyd edək ki, sentyabrın 26-da Nord Stream eyni anda dörd yerdə qaz sızması aşkar edib. Operator Nord Stream AG daha sonra qəzanın görünməmiş olduğunu və boru kəmərinin təmirinin vaxtını dəqiq təxmin etmək mümkün olmadığını açıqlayıb.