“Şimal axını 2”ni ABŞ və Norveç partdadıb - Fransa

Fransanın sağçı partiyanın lideri Florian Filippo Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı vəziyyəti şərh edib. 

Bizimxeber.az bildirir ki, bu barədə o, RİA Novosti- yə müsahibəsində danışıb.

Filippo ABŞ-ı “Şimal axını”nı kəmərinin işini pozmaqda ittiham edib: "Hələ Ukraynada xüsusi əməliyyat başlamazdan əvvəl Vaşinqton uzun illər Rusiyanın bu  layihəsi ilə mübarizə aparırdı və bunu öz siyasətinin bir hissəsinə çevirmişdi.

2022-ci il fevralın əvvəlində Co Bayden açıq şəkildə bildirdi ki, amerikalılar qaz kəmərinin məhvinə qadirdirlər bə bu kəmərin mövcudluğuna qarşıdırlar. Belə də oldu, bu, amerikalıların maraqlarına uyğun idi".

Deputat təxribatı ABŞ-ın Norveçlə birgə, yoxsa müstəqil şəkildə törətdiyi ilə məqamlara diqqət çəkib. O xatırladıb ki, Oslo qaz baxımından Moskvaya rəqibdir - bir çox ölkələrdə rus qazı Norveç qazı ilə əvəzlənib. Beləliklə, onların da öz maraqları var idi.