Silahlı küçədəki insanları güllələdi - 3 ölü, 9 yaralı

Nyu-Meksiko ştatının Farminqton şəhərində 18 yaşlı silahlının küçədəki insanlara  atəş açması nəticəsində azı 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Bizimxeber.az
bildirir ki, yerli polisin yaydığı açıqlamada bildirilir ki, polis hadisə yerinə gələnə qədər ən azı üç nəfər həlak olub. Silahlı polis tərəfindən öldürülüb.
Yaralılardan ikisinin vəziyyətinin stabil olduğu bildirilir. Digər 7 yaralının vəziyyəti hələ də bəlli deyil.