Silahlı hücumda yaralanan şəxsin vəziyyəti açıqlandı

Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib. 

Bizimxeber.az bildirir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib. O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.