“Sevilya” Avropa Liqasının qalibi oldu

İspaniyanın "Sevilya" klubu 2022/2023 mövsümünün Avropa Liqasının qalibi olub.

Bizimxeber.az bildirir ki, Budapeştdə, “Puşkas Arena” stadionunda keçirilən həlledici görüşdə komanda oyunsonrası penaltilər seriyasında İtaliya “Roma”sından güclü olub. Əsas vaxtda 34-cü dəqiqədə ilk qolu romalıların yarımmüdafiəçisi Paulo Dibala vurub. "Sevilya" 55-ci dəqiqədə müdafiəçi Canluka Mançininin avtoqolu sayəsində hesabı bərabərləşdirib .

Yarımfinalda "Sevilya" Turin "Yuventus" unu , "Roma" isə Almaniyanın "Bayer"ini məğlub edib.

İspaniya klubu tarixində yeddinci dəfə kuboku qazanaraq öz rekordunu yeniləyib. 

Avropa Liqası Çempionlar Liqasından sonra Köhnə Dünyada ikinci ən vacib klub turniridir. Çempionlar Liqasının qalibi iyunun 10-da keçiriləcək final oyununda müəyyənləşəcək. O , İtaliyanın “İnter”i və İngiltərənin “Mançester Siti” klubları ilə qarşılaşacaq.