Səfərbərlik elanından sonra Rusiyada fond bazarı çökdü

Rusiya Federasiyası Prezidentinin qismən səfərbərlik elan etməsindən sonra Rusiya fond bazarında çökmə müşahidə olunur. Bizimxeber.az bildirir ki, sentyabrın 21-də keçirilən ticarətin açılışında Moskva birjasının indeksi 9,61% azalaraq 2002,73 bənd təşkil edib. 

Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı fevralın 24-dən bəri minimum səviyyədir. RTS indeksi 11,81% azalaraq 1017,86 bənd təşkil edib ki, bu da avqustun 18-dən bəri yeni minimumdur.