Seçmək və seçilmək iradədən asılı deyil, siyahıdan asılıdır - Ədil Hüseynov

"Azərbaycanda keçiriləcək növbədənkənar Parlament seçkiləri ərəfəsində iıkin namizədlərin məlum sayı,  ümumi abu-hava göstərir ki, son seçki öz sözünü deyib. Gəlin acı da olsa razılaşaq"ş

Bizimxeber.az bildirir ki, bunu tanınmış jurnalist, baş redaktor, media eksperti Ədil Hüseynov özünün "Facebook" hesabında yazıb.

Xatırlayırsızsa, sonuncu Parlament seçkilərində xüsusi bir fikir formalaşdırılmışdı - "Bu seçki daha demokratik, ədalətli seçki olacaq, hər kəs qalib gələ bilər" və sairə. İnsanlar da buna inanıb kütləvi şəkildə nazmizəd olmağa qərar vermişdilər. Hər dairədən azı 15-20 namizəd mübarizəyə qoşulmuşdu. 
Müxalifət partiyaları seçkini boykot etsə də digər namizədlərin çoxluğu onların yoxluğunu hiss etdirmirdi.

Həqiqətən də seçki mübarizəsi gedirdi.

Bilmirəm bəlkə də, bu məqsədli plan idi, bəlkə də hakimiyyət daha müstəqil seçki planlanlaşdırmışdı... Bəlkə də...

Amma hər halda elə olmadı və seçki günü daha biabırçı halların şahidi olduq, saxta səslər, topa ilə bülletenlər və ən sonra MSK-nın siyahısı...  
Bir neçə dairədə səslər ləğv edilsə də, seçkiöncəsi deyilənlərin heç biri olmadı. 

Bu dəfə seçki təbliğatı daha passiv aparılır. 

Namizəd olmaq istəytənlər daha ehtiyyatlıdırlar və rəqib namizdələrinin kim olacağını bilmədən addım atmaq istəmirlər.
Bu günlərdə bir neçə millət vəkilinin "yenidən namizəd olmaq istəymirəm", yaxud partiyalardan gələn açıqlamaların "özü istəmir, Partiyanın Ali Məclisi məsləhət bilir və təkid edir" kimi fikirlər oxudum. 

Siyasi səhnədən xəbəri olmayanlar elə başa düşür ki, vəziyyət həqiqətən də belədir. Hansısa Millət Vəkili namizəd daha istəmir və sairə... 

Kim istəməz Millət vəkili olmasın? Buna inanırsızmı? 

Sadəcə ya onunla bağlı konkretlik yoxdur, ya o hələ gözləyir, ya da "mən də burdayam, neyniyim" kimi sualları aydınlaşdırmaq istəyir. 
Ümumi olaraq bu günkü reallıqlar göstərir ki, Azərbaycanda keçiriləcək növbəti Parlament Seçkilərində aktivlik çətin ki yüksək olsun. 
İsti hava, insanların seçkiyə inamsızlığı, ən əsası Millət Vəkillərinə olan "seçiləndən sonra heş bir iş görmürlər" kimi inamsızlıq və məlum reallıqlar bu seçkini də maraqsız edib. 

Üstəgəl, əsas müxalifət partiyaları arasında seçkiyə qoşulmaqda yaranan fikir ayrılıqları bu düşərgədə ciddi hansısa müzakirələrin getdiyini göstərir. Kimlərsə hələ də nəsə istəyir və ya nəyisə hesablayır. Hər halda hesablamaları yenə səhvə oxşayır.

Beləliklə, Azərbaycanda keçiriləcək növbəti növbədənkənar Parlament seçkilərinin ilkin mərhələsi  - namizədlərin müəyyənləşməsi və imzatoplama olduqca sönük və həvəssiz keçirilir.  

Yuxarıda qeyd etdiyim kimi, buna əsas səbəb də öncəki seçkilər zamanı yaranan inamsızlıqdır. 

Seçki prossesi dövlətin ən vacib ayarıdır. Seçki inkişaf, gələcək və demokratiya deməkdir. Seçki gələcək nəsilin rifahı deməkdir. Biz isə bu seçkini hələ də ciddiyə ala bilmirik. Çünki seçmək və seçilmək iradədən asılı deyil, siyahıdan asılıdır.

Bizimxeber.az