Sebiya ordusu döyüş hazırılığı vəziyyətinə gətirilib - Vuçeviç

"Serbiya ordusu Kosovo və Metohiyada serblərə qarşı zorakılığa göz yuma bilməz və cavab verməyə məcbur olacaq".

Bizimxeber.az bildirir ki, bu barədə Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bildirib.

O qeyd edib ki, artıq tapşırıqlar verilib və ordu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qeyd edək ki, mayın 26-da Kosovo polisinin xüsusi təyinatlı qüvvələri inzibati binaları zəbt etdikdən sonra Kosovonun şimalındakı və Metoxiyadakı Serb bələdiyyələrində vəziyyət gərginləşib. T

əhlükəsizlik qüvvələri Serb əhalisinin boykot etdiyi seçkilərdə qalib gələn bələdiyyə başçılarının vəzifəyə başlamasını təmin etməyə çalışıb.

Mayın 29-da NATO-nun Kosovo Qüvvələri (KFOR) yerli sakinlərin etirazlarına başlayan və sonradan toqquşmalara çevrilən inzibati binaları mühasirəyə alıb.