Sarkozi Attalı Fransanın gələcək prezidenti kimi görür

"Fransanın hazırkı baş naziri, 35 yaşlı Qabriel Attal Beşinci Respublikanın növbəti lideri olmaq üçün bütün keyfiyyətlərə malikdir".

Bizimxeber.az bildirir ki, bunu Fransanın keçmiş prezidenti Nikolya Sarkozi deyib.

"Attal, prezidentliyin tələb etdiyi bütün keyfiyyətlərə malikdir" deyən Sarkozi Qabriel Attalın gələcəkdə ölkə prezidenti olmaq imkanlarını yüksək qiymətləndirib.

2007-2012-ci illərdə ölkəyə rəhbərlik etmiş Sarkozinin sözlərinə görə, üç aya yaxın baş nazir vəzifəsində çalışan Attal öz işinə sadiqdir: "Bu, ilk növbədə prezidentdən tələb olunan keyfiyyətdir”.