Sankt-Peterburq Hərbi Akademiyasında partlayış - 7 kursant yaralandı

Sankt-Peterburqda Budion Hərbi Rabitə Akademiyasının ərazisində partlayış baş verib. İlkin məlumatlara görə, buna səbəb pilotsuz uçuş aparatlarının hücumu ola bilər.

Eyni zamanda yerli “Rotonda” nəşri təlim sursatları anbarının partlaması barədə məlumat yayıb. “Bumağa” nəşri hadisə şahidlərinə istinadən xəbər verir ki, partlayış binanın içərisində baş verib.

Mediada 7 nəfərin yaralandığı, onlardan ikisinin ağır olduğu və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilir. Yaralılardan biri reanimasiya şöbəsindədir.