Saleh Məmmədov bu həndbolçuları millidən qovdu - FOTO

Noyabrın 13-də Azərbaycan Həndbol Federasiyasında (AHF) vitse-prezident Orxan Abbasovun rəhbərliyi ilə iclas keçirilib. 

Bizimxeber.az bildirir ki, Həndbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda AHF şura üzvləri, komandaların  baş məşqçiləri və Gənclər və  İdman Nazirliyinin  nümayəndəsi  iştirak edib. İclasın əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və  qazilərə şəfa arzu edilib.

İclası giriş sözü ilə açan Orxan Abbasov  iclasın gündəliyində olan məsələləri elan edib. Daha sonra şura üzvlərinin fikirləri və təklifləri dinlənilib.

Bir qrup həndbolçunun mətbuatda və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayması, məşqçi heyətini təhqir etməsi, məşq prosesində iştirak etməməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılaraq səsverməyə qoyulub. Yekunda kişilərdən ibarət həndbol komandaların bir neçə üzvünün kənarlaşdırılması ilə bağlı yekdil qərar qəbul olunub.