Sahil Babayevin kimsəsizlərə verdiyi evlər təhlükə mənbəyidir - FOTOLAR

Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün Masazırda tikilmiş “Məzun evi” təmiri tamamlanmamış istifadəyə verilib. Kimsəsizlər üçün nəzərdə tutulan kompleksdə pilləkənlərə tutacaqlar vurmaq unudulub, binanın istilik sistemi isə yoxdur.

Bizimxeber.sz bildirir ki, Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi Xəzər Teyyublu məlumat verib.

Birliyə edilən şikayətə əsasən kompleksdə olan X.Teyyublu bildirib ki, binalarda görülməsi vacib olan işlər çoxdur: “Binaların yuxarı mərtəbələrində pilləkənlərin tutacaqları yoxdur. Zirzəmiləri su içində, mənzillərdə istilik yox, qazanxanaları pis gündədir. Sakinlərin sosial problemləri həddən artıqdır.
Kimsəsiz böyüyənlərə şəxslərə belə münasibətin göstərilməsi, onların bi şəraitə layiq görülməsi utancvericidir”.