Sabiq prezidentin qızı hakimləri lağa qoydu, əyləndi

ABŞ-ın sabiq prezidfenti Donald Trampın qızı İvanka Trump, atası və qardaşları ilə qaldırılan mülki fırıldaqçılıq məhkəməsində ifadə verib.

Bizimxeber.az bildirir ki,  o, atasının milyardlarla kredit götürdüyü üçün onun xalis sərvətini şişirdən işin əsasını təşkil edən maliyyə hesabatları haqqında biliyi ilə bağlı suallara cavab verərkən, zaldakı hakimləri və prokirorları lağa qoyub, onlarla əylənib.

O, gülümsəyərək bildirib: "Bunlar mənim bildiiyim şeylər deyil. Mən sizə bir il əvvəl də, indi də deyirəm ki, onun maliyyə hesabatları ilə məşğul olmamışam".

Qeyd edək ki, İvanka Trump "atasının Ağ Evin"də işləmək üçün 2017-ci ildə Tramp Təşkilatındakı satınalmalar və inkişaf üzrə icraçı vitse-prezident vəzifəsini tərk edib və hazırda Floridada yaşayır.

AG-nin 2022-ci ilin sentyabrında verdiyi iddiada deyilir ki, o, Trampın Mayamidəki Doral qolf kurortunun gəlirli kredit şərtlərinin təmin edilməsində və Vaşinqtondakı Old Post Office otelinin lizinq danışıqlarına rəhbərlik etməkdə “əsas rol” oynayıb.