Saakaşvilinin tərəfdarları mitinqə başladı- FOTO

Tbilisinin mərkəzində həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarlarının mitinqi keçirilir.

Bizimxeber.az bildirir ki, minlərlə tərəfdar  Gürcüstan hakimiyyətindən 54 yaşlı siyasətçinin müalicəsi üçün xaricə getməsinə icazə verməsini tələb edir. 

Vahid Milli Hərəkatın müxalifətçiləri və digər nümayişçilərlə yanaşı, hakim “Gürcü Arzusu” partiyasının ofisinə patrul polisi briqadaları toplaşıb. 

Hazırda mitinqdə vəziyyət sakitdir. Tədbirin bəzi iştirakçıları Ukrayna və ABŞ bayraqları ilə gəliblər. 

"Bu gün heç bir siyasi mesaj və siyasi tələblər olmayacaq. Bu gün həmrəylik mitinqidir", - Vahid Milli Hərəkatın üzvü Levan Xabeişvili jurnalistlərlə söhbətində bildirib.