Rustavi bazarında atışma - 4 nəfər öldü

Gürcüstanın Rustavi şəhərində bazarda baş verən atışma nəticəsində 4 nəfər həlak olub.

Bizimxeber.az bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

İdarədən verilən məlumata görə, 1988-ci il təvəllüdlü kişi bazarda bir neçə dəfə atəş açıb. “Atışma nəticəsində 4 nəfər, o cümlədən təqsirləndirilən şəxsin bazarda işləyən əmisi həlak olub”, - deyə məlumatda bildirilir. Bundan əlavə, daha bir nəfər yaralanıb.

Hüquq-mühafizə orqanları atəş açan şəxsi hadisə yerində saxlayıb.