Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin ( VTsİOM ) keçirdiyi sorğunun nəticələrinə görə, rusiyalıların 78%-dən çoxu Rusiya prezidenti Vladimir Putinə güvənir.
Bizimxeber.az bildirir ki, araşdırmaya görə, respondentlərin 78,5%-i Rusiya liderinə güvənir, yalnız 17,3%-i güvənmir.
Respondentlərin 75,8 faizi dövlət başçısının fəaliyyətini bəyəndiyini, yalnız 14,8 faizi isə bəyənmədiyini bildirib. Sorğu noyabrın 27-dən dekabrın 3-dək 18 yaşdan yuxarı 1600 respondent arasında telefon müsahibəsi vasitəsilə aparılıb.
Putin dekabrın 8-də Kremldə keçirilən mükafatlandırma mərasimində 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. Rusiyada prezident seçkiləri 2024-cü il martın 15-dən 17-dək keçiriləcək.