Rusiyaya qarşı 14-cü sabksiyalar paketi hazırlanır

Avropa İttifaqı Rusiyaya qarşı mövcud məhdudlaşdırıcı tədbirlərdən yan keçənlərə qarşı yönələcək 14-cü anti-Rusiya sanksiyalar paketini hazırlayır.

Bizimxeber.az bildirir ki, bu barədə Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.

“Hazırda biz Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyirik, o, məhdudiyyətlərin qarşısının alınmasına qarşı mübarizə aparmağa yönələcək və artıq onları yayındıranlara qarşı sanksiyaları əhatə edəcək”.

Avropalı diplomat növbəti sanksiyalar paketinin dəqiq nə vaxt təqdim ediləcəyini deyə bilməyib.