Rusiyanın Ukraynadakı itkiləri açıqlandı

Genişmiqyaslı işğalın başlanğıcından bəri Ukrayna ordusu 83 100- dən çox rus işğalçısını məhv edib.

Bizimxeber.az Ukrayna KİV-lərinə istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, fevralın 24-dən düşmənin ümumi döyüş itkiləri təqribən 83 min 110 nəfər təşkil edib, onlardan 400-ü ötən sutka ərzində məhv edilib.

Bundan əlavə, düşmən 2 min 878 tank (ötən gün ərzində 7), 5 min 804 zirehli döyüş maşını (gün ərzində 7), 1 min 860 artilleriya sistemi, 393 raket zərbəsi sistemi, 208 zenit-hücum sistemi, 278 ədəd təyyarə itirib.

Ukraynada gün ərzində daha yüzlərlə düşmən məhv edildi / UNIAN şəkli