Rusiyanın Praqadakı səfirliyi “qan”a bulandı - VİDEO

Rusiyanın Ukraynaya kütləvi raket hücumundan sonra Rusiyanın Praqadakı səfirliyi qanı təqlid edən qırmızı maye ilə boyanıb.

Bizimxeber.az bildirir ki, aksiyanın videosu və fotoları "X" sosial şəbəkəsində (Twitter) yayılıb.

Videoda iki nəfərin - kişi və qadının Rusiya səfirliyinin girişindəki stendə və stolun üzərinə iki vedrə qırmızı maye tökdüyü görünür. Sosial şəbəkələrdəki təsvirə əsasən, vedrələrdə ketçup olub.

 

Kişi və qadın vedrələri boşaltdıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onlara yaxınlaşıb. Xatırladaq ki, “Oxmatdit”ə hücumdan sonra Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya Federasiyası ilə sülh arzusunda olan “faydalı axmaqları” danlamışdı.