Rusiyanın NATO ölkələrini ələ keçirmək ssenarisi açıqlandı - "Bild"

Almaniyanın "Bild" nəşri Rusiyanın NATO-ya hücum ssenarisini dərc edib. 

Bizimxeber.az bildirir ki, sənəddə, Rusiyanın hücumu bütün Avropa üçün təhlükəsizlik vəziyyətində əsaslı dəyişiklik deməkdir. Sənəd müəlliflərinin fikrincə, belə bir hücum dörd mərhələdən ibarət ola bilər. 

“Bild” yazır ki, Rusiyanın NATO ölkələrinə hücumunun ilk mərhələsi, xüsusən də kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə kütləvi dezinformasiya kampaniyası olacaq.

Burada Rusiya Federasiyasının məqsədi cəmiyyətin parçalanması, sabitliyin pozulması və liberal demokratiyaya inamı sarsıtmaq olacaq. Bundan əlavə, kiberhücumlar və kritik infrastruktur obyektlərinə hücumlar gözlənilir: elektrik xətləri, bəndlər və diğər obyektlərin bombalanması.

İkinci mərhələ Rusiya qoşunlarının Alyansın sərhədlərində böyük manevrlərindən ibarət olacaq. Müttəfiqlər buna öz qoşunlarını şərq sərhədində yerləşdirməklə cavab verəcəklər. Bu, ilk qaçqınların meydana çıxmasına səbəb olacaq. Həmçinin, bu mərhələ casusluğun, təxribat aktlarının, kiberhücumların və hücumların artması ilə səciyyələnəcək - xüsusilə NATO qoşunlarının hərəkətinə maneələr yaradacaq və sistemsizlik hökm sürəcək Bu arada Rusiya kosmosda peykləri sıradan çıxarmaq üçün bir neçə planı hazırlayıb.

Üçüncü mərhələ Rusiya Federasiyasının NATO ölkələrinə birbaşa hücumunu əhatə edir. Almaniya ərazisi nöqtə zərbələrinə məruz qalacaq və peyklərin kütləvi şəkildə sıradan çıxması da gözlənilir.

Münaqişənin dördüncü mərhələsində rus qoşunları Almaniya ərazisinə soxulur, quruda, dənizdə və havada döyüşlər gedir. Sənədin müəllifləri güman edirlər ki, Rusiya Federasiyası bioloji, kimyəvi və taktiki nüvə silahlarından istifadə edə bilər.