Rusiyanın hərbi təyyarəsi Tehran hava limanına şübhəli eniş edib

"Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus Tupolev təyyarəsinin dekabrın 3-ü, şənbə günü səhər Tehranın Mehrabad hava limanına eniş edib". Bizimxeber.az bildirir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb. 

Tupolev (TU-154M) təyyarəsinin (RFF7971 nömrəli) İranda xalq etirazlarını yatırmaq üçün avadanlıq daşıdığı və içərisində bir sıra rusiyalı hərbi məsləhətçilərin olduğu bildirilir. Sözügedən təyyarə gecə boşaldılıb və bazar günü, dekabrın 4-ü axşam saatlarında Tehrandan Moskvaya yola düşüb.

Etirazları dağıtmaq vasitələrinə motosikletlər, iğtişaşlara qarşı geyim və dəbilqələr, naqilsiz rabitə, qalxanlar, elektrik şokedici, “peyntbol” silahları, saçma güllələr və müxtəlif gözyaşardıcı qazlar daxildir.

Təyyarənin dayanması və boşaldılması zamanı hava limanının ərazisi tamamilə mühafizə altına alınıb və orada yalnız SEPAH qüvvələri və bir neçə yüksək rütbəli polis əməkdaşı olub.