Rusiyanın 1,5 milyard avrosu Ukraynaya verilir

Dondurulmuş Rusiya aktivlərindən əldə edilən ilk 1,5 milyard avro gələn ay Ukraynaya göndəriləcək.

Bizimxeber.az bildirir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen təsdiqləyib.

Xanım fon der Leyen bildirib ki, bu həftə G7 sammitində Kiyevin “dondurulmuş Rusiya aktivlərindən necə daha çox fayda əldə edə biləcəyini” müzakirə edəcəklər. "İyulda gözlənilməz gəlirin təxminən 1,5 milyard avrosu əldə ediləcək - 10%-i yenidənqurma və bərpaya, böyük bir hissəsi isə müdafiəyə gedəcək", - AK rəhbəri bildirib