Moskvada Moldovada prezident seçkiləri üçün açılmış iki seçki məntəqəsinin hər birində mümkün 5000 vətəndaşdan 4999-u səs verib.
Bizimxceber.az bildirir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası brifinqdə bildirib.
MSK-nın qeyd etdiyi kimi, Rusiyadakı Moldova diasporu ən fəallardan biri olub. O cümlədən, Moskvadakı iki seçki məntəqəsinin hər birində 4999 vətəndaş səs verib. Eyni zamanda, hər iki məntəqənin hər birində səsvermə üçün 5000 bülleten olub.
MSK daha iki bülletenlə nə baş verdiyini dəqiqləşdirməyib.
Ümumiyyətlə, xaricdə keçirilən seçkilərdə fəallıq rekord həddə çatıb. Prezident seçkilərinin ikinci turunda poçt vasitəsilə səs verənlər də daxil olmaqla 328,855 mindən çox vətəndaş səs verib.
İtaliya, Fransa və Rumıniyadakı seçki məntəqələrində də yüksək fəallıq qeydə alınıb.