Rusiyada ilk dəfə - Prezident seçkilərində səsvermə 2 gün çəkəcək

Rusiya tarixində ilk dəfə prezident seçkiləri çoxgünlük olacaq, onlar 2024-cü il martın 15-dən 17-dək keçiriləcək.

Bizimxeber.az bildirir ki, bu abrədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib.

"Qərar layihəsində prezident seçkilərində səsvermənin üç gün ərzində - 2024-cü il martın 15, 16, 17-də keçirilməsi nəzərdə tutulur”, - Pamfilova bildirib.

O, həmçinin əlavə edib ki, seçkilər zamanı istifadə olunacaq bir çox yeni texniki vasitələr, müxtəlif növ yeniliklər var.

Pamfilova onu da aydınlaşdırıb ki, prezident seçkilərində özünü irəli sürən namizədlər dekabrın 27-dək, partiyanın namizədləri isə yanvarın 1-dək sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Mərkəzi Seçki Komissiyasının rəhbəri əlavə edib ki, prezident seçkilərində qapı-qapı səsverməsi Rusiyanın yeni regionlarında, eləcə də Bryansk, Kursk və Belqorod vilayətlərində, Krım və Sevastopolda tətbiq olunacaq.

Qeyd edək ki, dekabrın 7-də Federasiya Şurası Rusiya Federasiyasında prezident seçkilərinin 2024-cü il martın 17-nə təyin edilməsi haqqında qərar qəbul edib.