Rusiyada dövlət çevrilişinə cəhd - 4 "SSRİ vətəndaşı" saxlandı

Sovet İttifaqının dağılmasını və Belovejsk sazişinin imzalanmasını inkar edən dörd SSRİ vətəndaşı saxlanılıb.

Bizimxeber.az bildirir ki, bu barədə Telegram 112 kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, saxlanılan şəxslər dövlət çevrilişi planlaşdırıb və onu təşkil etmək üçün həm şəxsən, həm də sosial şəbəkələr vasitəsilə hərbçiləri cəlb ediblər.

Onlar ekstremist kimi etiketləniblər. Hazırda saxlanılan şəxslərlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rusiyada 2022-ci ildən “SSRİ vətəndaşları” təşkilatı ekstremist təşkilatlar siyahısına salınıb.