Rusiya Abxaziya və Cənubi Osetiyanı verməyəcək - Zatulin

"Rusiya Abxaziya və Cənubi Osetiyadan qoşunlarını çıxarmayacaq".

Bizimxeber.az bildirir ki, bu barədə Konstantin Zatulin bildirib.

O, eyni zamanda bu bölgələrin Gürcüstana geri qaytarılması məsələsinin müzakirə edilməyəcəyini vurğulayıb. Zatulin, Lavrovun açıqlamalarının qoşunların geri çəkilməsi ilə bağlı olmadığını bildirərək, Gürcüstanın bu reallığı qəbul etməsinin vacibliyini qeyd edib. O, Abxaziya, Cənubi Osetiya və Gürcüstan arasında iqtisadi və işgüzar əlaqələrin qurulmasının müsbət təsir edəcəyini də əlavə edib.