Rusiya yeni dünya düzəninin qurulmasını müzakirə etməyə hazırdır.
Bizimxeber.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib,
“Rusiya yaranmaqda olan çoxqütblü dünyada qarşılıqlı fəaliyyətin parametrləri ilə bağlı mümkün olan ən geniş beynəlxalq müzakirənin tərəfdarıdır və bütün dostlarımızla yeni dünya düzəninin qurulması məsələlərini müzakirə etməyə hazırdır”, - deyə TASS sitat gətirir.
Rusiya lideri Vladimir Putin Aşqabada işgüzar səfəri çərçivəsində “Zamanlar və sivilizasiyalar münasibətləri – sülhün və inkişafın əsası” adlı beynəlxalq forumda iştirak etmək üçün Türkmənistanın Ticarət və Sənaye Palatasına gəlib .
Bu arada Ukrayna Xarici İşlər Nazirliyi Türkmənistanı Putini həbs etməyə çağırıb.