"Rusiya Ukraynanı NATO-ya üzv olmaq istəyinə görə bombaladı" - Qaribaşvili

"Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasının səbəblərindən biri Kiyevin NATO-ya üzv olmaq istəyi olub".

Bizimxeber.az bildirir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

Gürcüstanın baş nazirinin sözlərinə görə, “NATO-nun genişlənməsi” Rusiyanın təcavüzünün əsas səbəblərindən biri olub. Bundan əlavə, Qaribaşvilinin sözlərinə görə, “bir çox başqa səbəblər də var. Mən spekulyasiya etmək istəmirəm, Rusiya hökumətinin bəyanatlarından sitat gətirmək istəmirəm. Amma səbəblərdən biri Ukraynanın NATO-ya üzv olmaq istəyi olub. Beləliklə, biz bunun nəticələrini görürük", - Qaribaşvili deyib.

Qaribaşvili daha əvvəl bəyan etmişdi ki, o, beynəlxalq ictimaiyyətin Ukrayna üzrə sülh danışıqlarına imkan verəcək şərait yaratmaq üçün kifayət qədər səy göstərdiyini görmür.