Rusiya Ukraynadakı hərbi əməliyyatlara 211 milyard dollar pul xərcləyib

Rusiya Ukraynadakı hərbi əməliyyatlara 211 milyard dollara qədər vəsait xərcləyib. 

Bu barədə Reuters Amerika müdafiə departamentinin adı açıqlanmayan yüksək vəzifəli nümayəndəsinə istinadən xəbər verib.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi deyib ki, müharibə Rusiyaya 2026-cı ilə qədər itirdiyi iqtisadi artımda 1,3 trilyon dollara başa gəlib.  ABŞ-ın müdafiə rəsmisi qeyd edib ki, Rusiya silah satışlarının ləğvi və ya təxirə salınması səbəbindən 10 milyard dollardan çox itirib.

O, həmçinin Ukraynaya qarşı müharibə zamanı 315 minə yaxın rus əsgərinin öldürüldüyünü və ya yaralandığını bildirib.