Rusiya Ukraynada uşaq xəstəxanalarını vurdu - ölənlərin sayı artır

Rusiyanın Ukraynanın müxtəlif ərazilərinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 30 nəfəri keçib.

Bizimxeber.az bildirir ki, hücumlar zamanı bir neçə yaşayış binası, xəstəxana və biznes mərkəzi də daxil olmaqla, bəzi infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Kiyevin meri Vitali Klıçko bildirib ki, raket hücumu nəticəsində “Oxmatdet” Uşaq Xəstəxanasının binası vurulub.