Rusiya Ukraynada döyüşən 3344 əcnəbiyə vətəndaşlıq verdi


Rusiya prezidenti Vladimir Putinin sərəncama əsasən, bu il Rusiya 3344 əcnəbiyə vətəndaşlıq verib.

Bizimxeber.az bildirir ki, bu, onlara və ailə üzvlərinə Rusiya vətəndaşlığı pasportu verməyə imkan verir. Bu rəqəmi noyabrın 4-də Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk açıqlayıb.

Sərəncama əsasən, Ukraynada döyüşən Rusiya ordusu və ya rusiyayönlü hərbi birləşmələrlə bir illik müqavilə bağlayan hərbçi vətəndaşlıq alır.

Eyni zamanda, Rusiya vətəndaşlıq yolu ilə Rusiya pasportu almış şəxslərin - yəni hərbi xidmət üçün qeydiyyatdan imtina edənlərin vətəndaşlığını ləğv etməyə imkan verən qanunlar təqdim edib.

Volka görə, 2024-cü ilin ilk səkkiz ayında 1117 nəfər bu əsasla vətəndaşlıqdan çıxarılıb.