Rusiya üçün çəmbər daralır - Moldova da MDB-dən çıxır

2024-cü il fevralın 8-dən Moldova MDB Parlamentlərarası Assambleyasının (PA) üzvlüyünü dayandıracaq.  

Bizimxeber.az bildirir ki, bu barədə açıqlamanı Valentina Matvienko deyib.

"Fevralın 8-dən Moldova rəsmi olaraq MDB Parlamentlərarası Assambleyasının üzvü olmayacaq”, deyə Federasiya Şurasının spikeri bildirib.

O qeyd edib ki, bu, məclisə heç bir zərər gətirməyəcək, təşkilat fəaliyyətini davam etdirəcək. Lakin Moldovanın özü üçün statusun itirilməsi böyük itkilərə səbəb olacaq.

Matvienkonun sözlərinə görə, "Moldova xarici nəzarətə keçdiyindən və başqasının ağzı ilə danışdığından" uzun müddətdir birlikdən kənardadır.