“Rusiya öz məqsədlərinə çatmamalıdır” - Şolz

Almaniya hökumətinin başçısı Olaf Şolz ZDF telekanalının efirində "Onlar (Leopard 2 tankları) çox effektivdir və bu baxımdan çox faydalı olacaqlar" dedi.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, siyasətçi alman tanklarının Ukrayna münaqişəsinin nəticəsinə təsir edə biləcəyi sualına cavab verib.

Eyni zamanda, Şolz qeyd edib ki, münaqişənin yaxın gələcəkdə bitməyəcəyini hesablamaq lazımdır: "Moskva Kiyevə dəstəyin zəifləməsi ilə hesablaşmamalıdır".

Almaniya kansleri xatırladıb ki, Şimali Atlantika Alyansı münaqişənin birbaşa iştirakçısına çevrilmək istəmir. Belə ki, onun qeyd etdiyi kimi, Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq edilməyəcək və NATO əsgərlərinin göndərilməsi də istisna edilir.

“Tamamilə aydındır. Mən bu müharibənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməməsi üçün hər şeyi edəcəyəm”, - Şolz vurğulayıb.

Siyasətçi Ukraynanın qalib gəlib-gəlməməsi sualına birbaşa cavab verməyib.

Şolz bildirib ki, Kiyev uduzmamalıdır. Rusiya Federasiyasının bu halda uduzmalı olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala Şolz “Rusiya öz məqsədlərinə çatmamalıdır” cavabını verib.