"Rusiya öz iqtisadiyyatını uzunmüddətli müharibəyə hazırlayır" - Stoltenberq

Rusiya Ukraynada qalib gələrsə, Rusiyanın təcavüzü digər ölkələrə də keçə bilər, ona görə də NATO üzvləri mümkün qarşıdurmaya fəal hazırlaşmalıdırlar.

Bizimxeber.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

NATO-nun baş katibi hesab edir ki, Alyans onilliklər boyu davam edə biləcək qarşıdurmaya hazırlaşmalıdır və buna görə də onun üzvləri müdafiə sənayesini sürətlə genişləndirməlidirlər.

“Əgər Rusiya Prezidenti Vladimir Putin Ukraynada qalib gəlsə, Rusiya təcavüzünün başqa ölkələrə yayılmayacağına zəmanət yoxdur" - deyə o, xəbərdarlıq edib.

Stoltenberqin sözlərinə görə, Rusiya təcavüzünün qarşısını almaq üçün Ukraynanı dəstəkləmək və NATO-nun hərbi potensialına investisiya qoymaq lazımdır, çünki Rusiya artıq öz iqtisadiyyatını uzunmüddətli müharibəyə hazırlayır. 

"Biz tez bir zamanda sənaye bazamızı yenidən qurmalı və genişləndirməliyik ki, Ukraynaya tədarükü artıra bilək. Bu, sülh dövründə yavaş istehsaldan münaqişə zamanı zəruri olduğu kimi sürətli istehsala keçmək deməkdir", - deyə baş katib izah etdi.