Rusiya Müdafiə Nazirliyinin binası yanır

Moskvanın mərkəzində Rusiya Müdafiə Nazirliyinin binasında yanğın baş verib.

Bizimxeber.az bildirir ki, bu barədə "TASS" ölkənin fövqəladə hallar xidmətinə istinadən xəbər verib.

Qeyd olunur ki, Frunzenskaya sahilində yerləşən idarənin binasında yanğın eyvanlardan birində baş verib.

Təcili yardım xidmətləri hadisə yerindədir. Yanğının səbəbləri açıqlanmayıb.