Rusiya ilə Çin Kosmosda toqquşdu

Çin öz kosmik proqramını təkbaşına inkişaf etdirmək niyyətindədir.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, Çin  rus kosmonavtlarının və mütəxəssislərinin böyük təcrübəsinə baxmayaraq, Rusiya ilə yeni texnologiyaların mübadiləsində maraqlı deyil. Bizimxeber.az bildirir ki, bu barədə "Bloomberg" yazıb .

Rusiya və Çin Ayın tədqiqi və Ay bazasının yaradılması üzrə birgə iş haqqında sazişin imzalandığını elan ediblər. Lakin 2022-ci ilin sentyabrında Beynəlxalq Kosmik Konqresində ilk dəfə olaraq Çin kosmik idarəsinin nümayəndələri bu layihəni müzakirə edərkən Rusiyanın iştirakını təmin etməyiblər. 

Roskosmosun rəhbəri Yuri Borisov bu həftə Çin hökumətindən birgə proqram üzərində işlərin davam etdirilməsi ilə bağlı təsdiqi almaq üçün Çinə gedəcək. Borisovun Çinə mümkün səfəri çətin ki, məlum vəziyyəti dəyişsin, çünki Pekin artıq göstərib ki, o, bir çox məqsədlərinə təkbaşına nail ola bilər, o cümlədən öz orbital kosmik stansiyasını tikə bilər.