Rusiya Finlandiya ilə diplomatik əlaqələri kəsdi

Mayın 30-da Finlandiyanın Moskvadakı səfiri Antti Helanterya Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizimxeber.az TASS-a istinadən bildirir kiI, XİN-də səfirə bildirilib ki, Rusiya iyulun 1-dən etibarən Lappeenrantadakı Rusiya səfirliyinin kanslerliyini bağlamaq qərarına gəlib.

Həmçinin Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun Petrozavodsk və Murmansk filiallarının fəaliyyətinin eyni tarixdən dayandırılması Finlandiya diplomatik missiyasının rəhbərinə müvafiq nota kimi təqdim edilib.

Rusiya tərəfi Finlandiya ilə qarşılıqlı konsulluq mövcudluğunu azaltmaq qərarına gəlib.