Rusiya defoltla üzləşə bilər - JPMorgan

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Rusiya dövlət istiqrazlarının sabit valyutada defolt ehtimalını əhəmiyyətli dərəcədə artırıb.  Bizimxeber.az bildirir ki, bu barədə “Reuters” JPMorgan analitiklərinə istinadən xəbər verir. 

Analitiklərin fikrincə, Rusiya bu ay 700 milyon dollardan çox dövlət istiqrazlarını geri almalıdır. Baxmayaraq ki, nəzəri cəhətdən borcunu ödəmək üçün kifayət qədər ehtiyatı olsa da, praktikada bəzi aktivlərin dondurulması və digər tədbirlər onun ödəmə qabiliyyətinə təsir edə bilər.

“ABŞ-ın Rusiya dövlət qurumlarına qarşı sanksiyaları, xaricdə ödənişləri məhdudlaşdırmaq üçün Rusiya daxilində əks tədbirlər və ödəniş zəncirlərindəki fasilələr Rusiyanın xaricdə istiqraz ödənişləri etmək üçün əhəmiyyətli maneələr yaradır”, - JPMorgan analitikləri bildirib.

“Sanksiyalar sabit valyutada olan Rusiya dövlət istiqrazları üzrə defolt ehtimalını əhəmiyyətli dərəcədə artırıb”, - JPMorgan bildirib.