“Rusiya çıxılmaza düşüb” - Zelenski

“Hər raket hücumu ilə Rusiya özünü dərin çıxılmaza salır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibə ilə bağlı son vəziyyəti qiymətləndirərkən deyib.

O, Rusiya qüvvələrinin cümə axşamı raket və pilotsuz uçuş aparatları (PUA) ilə yenidən Ukraynaya hücum etdiyini xatırladıb.