Rusiya Avropa üçün ciddi təhlükədir - Annalena Burbok

Avropa Rusiya ilə münasibətlərin formulunu dəyişməlidir.

"Bizimxeber" RND- yə istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Burbok deyib.

Moskvanın Kiyevlə danışıqları bərpa etməyə hazır olması ilə bağlı bəyanatlarını şərh edən alman diplomatiyasının rəhbəri deyib ki, "diktə edilmiş sülh Ukraynanın şərqindəki insanlar üçün sülh deyil. Beləliklə, Avropa üçün söhbət Rusiya ilə deyil, Rusiyadan gələn təhlükəsizlikdən gedir”, - Burbok bildirib.