Rusiya aviasiyası bu təyyarələri aldı

İrkutsk aviasiya zavodu Yak-130 döyüş təlim təyyarələrinin yeni partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

Bu barədə zavoddan məlumat verilib. 

Qeyd edək ki, Yak-130 təlim-döyüş təyyarəsi manevr qabiliyyəti və radioelektron avadanlıqların müasir kompleksi ilə seçilir. Təyyarədə döyüş vəziyyətinə yaxın şəraitdə “hava-hava” və ya “hava-yer” silahlarının simulyasiya edilmiş və ya real istifadəsini məşq etmək mümkündür.