Rusiya ABŞ-la razılaşdı - Linn Treysin səfir göndərilir

Rusiya Federasiyası Linn Treysinin ABŞ-ın Moskvadakı səfiri təyin edilməsinə razılıq verib.

Bizimxeber.az bildirir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib. Bundan əvvəl Treysinin namizədliyi ABŞ prezidenti Co Bayden tərəfindən irəli sürülüb. İndi o, Amerikanın Ermənistandakı diplomatik missiyasının rəhbəridir.

“Bəli, razılaşdılar. Məsələ burasındadır ki, onlar bir müddət əvvəl onun barəsində razılaşma tələb ediblər. Onun bu vəzifəyə namizədliyini yenicə irəli sürdüyünü açıqladılar. Biz isə razılığı verdik”, - deyə cənab Ryabkov jurnalistlərə bildirib.