Rusiya ABŞ-ı zəiflətmək üçün plan hazırlayır - Gizli sənəd

Rusiya Qərb düşmənlərini, o cümlədən ABŞ-ı zəiflətmək və Ukraynadakı müharibədən Amerikanın hökmranlığından azad qlobal nizam yaratmaq üçün istifadə etmək planları hazırlayır.

Bu barədə "Vaşinqton Post" Rusiya Xarici İşlər Nazirliyinin gizli sənədlərinə istinadən məlumat dərc edib.

"2023-cü il sənədində deyilir: Biz qeyri-dost dövlətlərlə münasibətimizi düzəltməyə davam etməliyik. Rusiyanın düşmənlərini zəiflətmək istiqamətində praktiki addımlar atmaq üçün onların xarici və daxili siyasətlərində zəifliklərin axtarışı mexanizminin yaradılması vacibdir”, - Avropa kəşfiyyat agentliklərindən biri bildirib.

Sənəddə deyilir ki, Ukraynadakı müharibənin nəticəsi əsasən gələcək dünya nizamının formasını müəyyən edəcək.