Rusiya Ukraynanın Su-25-i vurdu

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın Su-25 təyyarəsini, 213 PUA-nı və Fransa istehsalı olan 5 AASM Hammer idarəolunan bombasını vurub.

Bizimxeber.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. 

Rusiya hərbçiləri Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiya yanacağı anbarını da vurub.

“Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiya yanacağı anbarı, hərbi məqsədlər üçün istifadə edilən iki nəqliyyat infrastrukturu obyekti, həmçinin 112 regionda Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikası vurulub”, - hərbi idarənin hesabatında deyilir.