Rusiya Moldovanın hava məkanından istifadə edir

Rusiya işğalçıları Ukrayna ərazisinə hücumlar üçün Moldovanın hava məkanından dəfələrlə istifadə ediblər.  Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib. 

"Ukraynaya həm cənubdan, həm də şimaldan hücum edilir. Üstəlik, Ukraynaya qarşı terror aktları üçün Moldova ərazisindən, onun hava məkanından istifadə edirlər. Bu, sənədləşdirilməli və Qərb ictimaiyyətinə göstərilməli olan başqa bir cinayətdir. Çünki Moldovadan keçəcəkləri ilk dəfə deyil ki, Ukrayna ərazisindən raketlər atırlar. Qərbə, cənub-qərbə”, - deyə o qeyd edib. 

Həmçinin İqnatın sözlərinə görə, Rumıniya sərhədindən 5-10 kilometr aralıda düşmən pilotsuz təyyarələrinin uçuşları bir neçə dəfə qeydə alınıb.

“Başqa sözlə, operativ-taktiki səviyyəli pilotsuz təyyarə NATO ölkələrini bu şəkildə təhrik edir”, - Hərbi Hava Qüvvələrinin sözçüsü əlavə edib.