“Qarabağda vəziyyətin köklü şəkildə dəyişməsi ilə əlaqədar olaraq sülhməramlılarımızın orada qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur”.
Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.
“Qeyd etmək lazımdır ki, tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz yaranan bütün məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”, - deyə Qaluzin vurğulayıb.