Rus qırıcılar Suriyadakı hədəfləri vurdu

Rusiya qırıcıları Suriyanın dağlıq ərazilərdə gizlənən silahlıların on bazasını bombalayıb.

Bizimxeber.az bildirir ki, bu barədə general-mayor Yuri Popov açıqlama verib.

“Son 24 saat ərzində Rusiya Aerokosmik Qüvvələri Əl-Tənf zonasını tərk edərək Homs və Əl-Amur dağ silsilələrinin çətin əldə edilən ərazilərində gizlənən yaraqlıların müəyyən edilmiş on bazasına zərbələr endirib"-deyə  bildirib.