Rumıniyada Ukrayna taxılı olan 11 vaqon aşdı

Rumıniyanın İasi qraflığında, Sırka və Podu İloay stansiyaları arasında Ukrayna ərazisindən taxıl daşıyan 11 vaqon relsdən çıxıb.

Bizimxeber.az bildirir ki, bu barədə "Feroviar" portalı yazıb.

Qeyd olunur ki, 32 vaqondan ibarət qatarı Rumıniya Dəmir Yolları Qrupunun (GFR) lokomotivi daşıyıb. Qatar taxıl götürdüyü Konstansa limanından gəlib.