Robert Fikonu bu şəxs güllələyib - FOTOsu yayıldı

Gandlovda Slovakiyanın baş naziri Robert Fikoya hücum edən şəxs respublikanın qərbində yerləşən Levitsa şəhərinin 71 yaşlı sakini olub.

Bizimxeber.az bildirir ki, məlumatı Dennik N nəşri yayıb. Bu şəxs yazıçı və müxalif Proqressiv Slovakiya Partiyasının tərəfdarı Yuray Cintuladır.

Xəbərdə qeyd olunur ki , təqaüdçü qanuni olaraq sahib olduğu qısa lüləli silahla Slovakiyanın baş nazirinə atəş açıb.