"Reuters"in əməkdaşı Kramatorskda öldürüldü - İki əməkdaş yaralandı

Reuters Kramatorskda əməkdaşının öldüyünü təsdiqləyib. Britaniyanın Reuters agentliyi Kramatorskda Rusiyanın şəhərə endirdiyi zərbə nəticəsində təhlükəsizlik müşaviri Rayan Evansın öldüyünü təsdiqləyib.

Bizimxeber.az bildirir ki,agentliyin məlumatına görə, hücum zamanı daha iki jurnalist yaralanıb.

Britaniya vətəndaşı olan təhlükəsizlik müşaviri Rayan Evans, Kramatorskdakı Sapphire otelində olan altı "Reuters" əməkdaşından biri idi.

Agentliyin bildirdiyinə görə, komandanın digər iki üzvü xəstəxanaya yerləşdirilib, onlardan biri ağır xəsarət alıb. Hücum zamanı oteldə olan daha üç jurnalistin vəziyyəti stabil olub.

Agentlik, hücumla bağlı əlavə məlumat toplamaq üçün təcili şəkildə araşdırma aparır və Kramatorskda yerli hakimiyyət orqanları ilə əməkdaşlıq edir.

Jurnalistlərin verdiyi məlumata görə, keçmiş britaniyalı hərbçi olan 38 yaşlı Evans 2022-ci ildən Reuters ilə əməkdaşlıq edirdi və jurnalistlərə Ukrayna, İsrail və Paris Olimpiadaları da daxil olmaqla bütün dünyada təhlükəsizlik məsləhətləri verirdi.